Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” kitabı çapdan çıxıb
28.11.2022 14:12
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” kitabı çapdan çıxıb

AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimovun “Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” adlı kitabı çap olunub.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Əli Nuriyev, rəyçiləri professor Vahid Abbasov,  iqtisad elmləri doktorları Yaşar Məmmədov və Seyfəddin Səməndərovdur.

Monoqrafiyada Azərbaycan Respublikasının ekoloji və ətraf mühit göstəriciləri sistemi Ekoloji Effektivlik İndeksi və BMT Davamlı İnkişaf metodologiyasına əsasən araşdırılıb, digər dövlətlərlə müqayisə edilib, ekoloji göstəricilərin yaxşılaşdırılması üçün təklif və tövsiyələr irəli sürülüb.

Monoqrafiya elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri, iqtisadiyyat və ətraf mühit sahəsində məşğul olan mütəxəssislər, tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: