Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı kitab və monoqrafiyalar nəşr olunacaq
28.11.2022 14:16
  • A-
  • A
  • A+

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı kitab və monoqrafiyalar nəşr olunacaq

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun irsinə həsr olunmuş əsərlər, kitablar və monoqrafiyalar nəşr olunacaq.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Nəşrlərin 2023-cü il ərzində yayımlanması planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi icraçı qurumlar olaraq müəyyənləşib.

AzərTac

  • Paylaş: