Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2022 15:45
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda illik hesabatların müzakirəsinə başlanıb

Polimer Materialları İnstitutunda illik hesabatların müzakirəsinə başlanıb

Polimer Materialları İnstitutunda qrafikə uyğun olaraq illik hesabatların keçirilməsinə başlanıb. 

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq cari ildə müəssisədə 2 problem, 4 mövzu, 18 iş və 24 mərhələ üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edib. 

Sonra Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, laboratoriyanın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva (rəyçi: kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova), institutun icraçı direktoru, İşığahəssas və optiki şəffaf polimer materiallar laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Kazım Quliyev (rəyçi: kimya üzrə fəlsəfə doktoru, dosent Elnarə Aslanova) və Polimerlərə kimyəvi əlavələr və polimer gellər laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Əlverdi Kərimov (rəyçi: kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova) çıxış edərək rəhbərlik etdikləri laboratoriyalarda il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, nəşr olunan məqalələr, əldə edilən mühüm nəticələr, beynəlxalq və yerli qurumlarla əlaqələr və laboratoriyaların kadr potensialı haqqında ətraflı məlumat veriblər. Daha sonra laboratoriya müdirləri verilən sualları cavablandırıb və rəyçilərin çıxışları dinlənilib.

Sonda hesabatlar üzrə geniş müzakirələr aparılaraq tövsiyələr səsləndirilib. Təqdim olunan hesabatlar Elmi şura tərəfindən səs çoxluğu ilə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: