Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2022 10:17
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimləri illik hesabat veriblər

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimləri illik hesabat veriblər

Noyabrın 28-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Müəssisənin baş direktoru t.e.d., professor Abbas Seyidov iştirakçıları salamladıqdan sonra onları iclasın gündəliyi ilə tanış edib.  

Daha sonra institutun şöbələrinin hesabatı dinlənilib. Daş dövrü arxeologiyası şöbəsinin müdiri, t.e.d. Əsədulla Cəfərov, Neolit və Eneolit (Xalkolit) dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, t.e.d. Vəfa Mahmudova, Tunc dövrü arxeologiyası şöbəsinin müdiri, t.e.d., professor Hidayət Cəfərov, Orta əsrlər dövrü arxeologiyası şöbəsinin müdiri, t.e.d., professor Arif Məmmədov və Numizmatika və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d., dosent Akif Quliyev 2022-ci ildə görülən işlər haqqında məlumat veriblər.

Sonra Neolit və eneolit (Xalkolit) dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, t.e.d. Vəfa Mahmudovanın “Şuşa İli” çərçivəsində “Şuşa şəhərinə ilk arxeoloji ekspedisiya” (üç dildə, prof. K.Şükürovun redaktorluğu ilə, 235 səh.) adlı monoqrafiyasının müzakirəsi keçirilib. Elmi şura üzvlərinin yekdil qərarı ilə monoqrafiya çapa təqdim olunub.

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: