Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.11.2022 10:37
  • A-
  • A
  • A+

Elm və təhsil naziri Riyaziyyat və Mexanika İnstitutunda olub

Elm və təhsil naziri Riyaziyyat və Mexanika İnstitutunda olub

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova Riyaziyyat və Mexanika İnstitutunda olublar.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla görüş zamanı nazir institutun mövcud durumu ilə tanış olub, respublikada riyaziyyat və mexanika elmlərinin perspektivləri müzakirə edilib. Eyni zamanda institutda həyata keçirilən elmi-tədqiqat işləri, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, institutda hazırlanan elmi jurnallar haqqında geniş söhbət aparılıb. Jurnalların redaksiya heyətinin və məqalə müəlliflərinin əməyinin stimullaşdırılması məsələsi də müzakirə mövzusu olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən, Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: