Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2022 10:54
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər

“Türk Təhsil-Sən və Beynəlxalq Avrasiya Təhsil Birliyi” tərəfindən Türkiyənin Antalya şəhərində “4-cü beynəlxalq Türk dünyası təhsil elmləri və sosial elmlər konqresi” keçirilib.

Böyük zəfərin 100-cü ildönümünə həsr edilən konqresdə AMEA-nın Folklor İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Tahir Orucov, Aynur İbrahimova, Fidan Qasımova, İlhamə Qəsəbova və elmi işçi Günay Oruczadə iştirak ediblər.

Tədbirdə f.ü.f.d., dosent Tahir Orucov “Anadolu, Azərbaycan və Balkan türklərinin epik folklorunun oxşar və fərqli cəhətləri: məsəllər, dastanlar, atalar sözü və tapmacalar əsasında”, f.ü.f.d., dosent Aynur İbrahimova “Türk dünyası və köç mədəniyyəti, qədim adət-ənənələr, itirilmiş dəyərlər (Azərbaycanın Tovuz rayonunun nümunəsində)”, f.ü.f.d., dosent Fidan Qasımova “Kitabi-Dədə Qorqud və Kuhulin dastanlarında obrazların tipologiyası”, f.ü.f.d., dosent İlhamə Qəsəbova “Azərbaycan folkloru və aşıq ədəbiyyatının mətbuat dövrü (1937-ci illər)”, elmi işçi Günay Oruczadə “Türk və Azərbaycan folklorunda xalq rəqsləri: onların yaranması, tarixi və təşəkkülü” mövzularında məruzələr ediblər.

Sonda Folklor İnstitutunun əməkdaşlarına Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Təhsil-Sənin sədri Talip Geylanın imzası ilə “Duatəpə elm mükafatı” və təşəkkürnamələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: