Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2022 12:42
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı respublika konfransında məruzə ilə çıxış edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı respublika konfransında məruzə ilə çıxış edib

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova AMEA-nın Gəncə Bölməsində “Ətraf mühitin mühafizəsi: Sənaye və Məişət Tullantılarının təkrar emalı” mövzusunda keçirilmiş respublika elmi konfransında iştirak edib.

Günel Əzimova tədbirdə “Oksid əsaslı çoxkomponentli katalizatorların sintezi və onların aktivliklərinin karbon monooksidin oksidləşməsi reaksiyasında öyrənilməsi”  mövzusu üzrə məruzə ilə çıxış edib.  G.Əzimova institutda bu istiqamətdə apardığı tədqiqat işləri barədə, o cümlədən zol-gel yanma metodu, onun üstünlükləri, xassələri, mexanizmi haqqında geniş məlumat verib.

Gənc alim auditoriya tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab verib və apardığı tədqiqat işlərinin nəticələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: