Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2022 17:35
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Süni intellekt metodlarının tətbiqi ilə tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi, professor Şahnaz Şahbazova Rumıniyanın Arad Universitetində keçirilən SOFA-2022 10-cu Yumşaq Hesablama Tətbiqləri (Soft Computing Applications) konfransında iştirak edib.

Ş.Şahbazova konfransda “Lütfi Zadənin həyatı və elmi irsi. Onun ölümündən sonrakı 5 illik elmi fəaliyyətimiz” və “Düz təpəli rəsmlərin tanınmasında çətinliklər problemləri” məruzələrilə çıxış edib. O, Lütfi Zadənin həyatı və dünya elminə bəxş etdiyi töhfələr, əldə etdiyi mühüm elmi nəticələr, beynəlxalq əməkdaşlıqlar və Azərbaycana səfəri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, professor Ş.Şahbazova SOFA-2022 10-cu Yumşaq Hesablama Tətbiqləri konfransının idarəetmə komissiyasının üzvü seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: