AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Cürci Zeydanın müəllifi olduğu “Osmanlı inqilabı” kitabı işıq üzü görüb.
Türkiyə inqilabının başlanğıcından sonuna qədər mərhələni əhatə edən kitab səksən fəsilli tarixi, siyasi bir romandır. Əsərin tərcüməsi XX əsrin əvvəllərində fəaliyyət göstərmiş görkəmli Azərbaycan ədibi Əliabbas Müznib Mütəllibzadəyə aiddir.
Yeni nəşrin elmi məsləhətçisi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, mətni transfoneliterasiya edib çapa hazırlayan, “Ön söz” və lüğətin müəllifi institutun baş mühafizi f.ü.f.d., dosent Səbinə Əhmədova, redaktoru isə Hacı Mustafa Mailoğludur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.