Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
30.11.2022 09:59
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Süni intellekt metodlarının tətbiqi ilə tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi, professor Şahnaz Şahbazova Polşanın Varşava şəhərində keçirilən IWIFSGN-2022 “İntuisionistik qeyri-səlis çoxluqlar və ümumiləşdirilmiş şəbəkələr” XX beynəlxalq konfransında iştirak edib.

Ş.Şahbazova konfransda “Lütfi Zadənin həyatı və elmi irsi. Onun ölümündən sonrakı 5 illik elmi fəaliyyətimiz” mövzusunda çıxış edib.

Məruzədə professor Lütfi Zadənin həyatı və elmi irsi təsvir olunub. Məruzədə Lütfi Zadənin Bakıda doğulduğu andan 10 yaşına qədər yaşadığı dövrdən başlayaraq, onun  məqalələri və elmi işlərinin ilkin nəticələri, eləcə də elmi kəşfləri (nəzəriyyənin necə doğulduğu, bu nəzəriyyənin tarixi və xüsusiyyətləri) əksini tapıb.

Digər alimlərlə (müəllimi Norbert Viner, Rudolf Kalman, Charles A.Desoer və başqaları) əməkdaşlığı və həyatın son mərhələsinə qədər olan elmi fəaliyyəti ətraflı təsvir olunub.

Həmçinin Lütfi Zadənin ölümündən sonrakı 5 il ərzində onun davamçılarının elmi fəaliyyəti haqında məlumatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: