Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
30.11.2022 11:05
  • A-
  • A
  • A+

Tarix İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələri tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zəminə Əsgərova “Elger” beynəlxalq elmi-təhsil mərkəzi, Qars Qafqaz Universiteti (Türkiyə), Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğu, Əskişəhər Azərbaycanlıları Dərnəyi, Dünya Azərbaycanlıları Platforması (Ankara), Turan Elçiləri Təşkilatı (Konya) və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Çanaqqaladan Qarabağa türkün zəfəri” adlı XXXII beynəlxalq elmi simpoziumda iştirak edib.

Zəminə Əsgərova konfransda “Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlığı zəruri edən amillər və Şuşa bəyannaməsi” mövzusunda məruzə ilə çıxış edib və beynəlxalq sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: