Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

30.11.2022 12:48
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə “Mathematical Methods in the Applied Sciences” jurnalında çap olunub.

Q1 kateqoriyalı “Mathematical Methods in the Applied Sciences” jurnalının impakt faktoru 1.485-ə bərabərdir.

“Məhdud kvazimetrik ölçü fəzaları üzərində dəyişən Lebeq fəzalarında kəsrli maksimal operatorun kommutatorları” adlı məqalədə məhdud kvazimetrik ölçü fəzaları üzərində dəyişən Lebeq fəzalarında BMO kommutatorlu kəsr maksimal kommutator və kəsr maksimal operatorun kommutatoru araşdırılıb. Məqalədə dəyişən Lebeq fəzalarında bu operatorların məhdudluğu üçün zəruri və kafi şərtlər verilib. Bundan əlavə, BMO-nun müəyyən alt fəzaları üçün bəzi yeni xarakteristikalar əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: