Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Macarıstanın “Arcanum” şirkətinə MEK tərəfindən yeni nəşrlər göndərilib
30.11.2022 16:04
  • A-
  • A
  • A+

Macarıstanın “Arcanum” şirkətinə MEK tərəfindən yeni nəşrlər göndərilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Macarıstanın ən böyük rəqəmsal dövri məlumat bazası olan “Arcanum” şirkəti arasında cari ilin aprel ayında əməkdaşlıq müqaviləsi imzalanıb.  İki tərəfdaş Azərbaycan elminə, mədəniyyətinə aid sənədlərin, xüsusilə də kitabların rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq həyata keçirir.

Müqavilə çərçivəsində sözügedən məlumat bazasına 2022-ci ilin noyabr ayında MEK tərəfindən növbəti dəfə Azərbaycanın tarixi həqiqətlərini, mədəniyyətini, incəsənətini özündə əks etdirən alimlərimizin əsərlərindən ibarət kitablar göndərilib. MEK-in fondlarında olan həmin nəşrlərin Macarıstanın rəqəmsal dövri məlumat bazasında yerləşdirilməsi daha geniş oxucu auditoriyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonrakı mərhələ isə MEK tərəfindən 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi irsini özündə əks etdirən nəşrlər “Arcanum” rəqəmsal dövri məlumat bazasına təqdim ediləcək.

Qeyd edək ki, “Arcanum” şirkəti 30 milyon izləyicisi olan Macarıstanın ən böyük, daim genişlənən müasir infrastrukturu, xalçaları, xəritələri və digər elmi ixtisaslaşdırılmış nəşrləri özündə əks etdirir. MEK öz növbəsində dövri məlumat bazası rolunu oynayan platformaya fondlarındakı yeni və maraqlı nəşrləri təqdim edən ölkə daxilindəki yeganə qurumdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: