Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Somalidə tapılmış meteoritin daxilində Yer kürəsində indiyədək rast gəlinməyən minerallar aşkar olunub
30.11.2022 16:56
  • A-
  • A
  • A+

Somalidə tapılmış meteoritin daxilində Yer kürəsində indiyədək rast gəlinməyən minerallar aşkar olunub

2020-ci ildə Somalidə tapılmış 17-ton çəkiyə malik El-Əli meteoritindən götürülmüş 70 qramlıq bir hissənin daxilində iki tamamilə yeni mineral aşkar edilib.

Alimlər mineralları elaliit və elkinstantonit adlandırıblar.

Tədqiqatçılar El-Əlini kiçik silikat parçalarından ibarət olan primitiv axondritlər sinifinin dəmir meteoriti kimi təsnif ediblər. Meteoritin fraqmentinin tədqiqatı zamanı alimlərin diqqətini qeyri-adi mineralların detalları cəlb edib. Bu nümunələri daha əvvəl laboratoriyada sintezləşdirilmiş versiyalarla müqayisə edərək onları tez bir zamanda müəyyən edə biliblər. Məlum olub ki, belə minerallar daha əvvəl təbiətdə aşkar edilməyib.

Asteroidin tədqiqatı üçün Psixeyaya zond göndəriləcək. Bu alimlərə Günəş sisteminin planetlərinin əmələ gəlməsi haqqında əhəmiyyətli məlumatlar verə bilər.

techinsider.ru

  • Paylaş: