Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2022 11:12
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbələri illik hesabat veriblər

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbələri illik hesabat veriblər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclasları keçirilib.

Gündəlikdə duran əsas məsələ şöbə və bölmələrin hesabatlarının dinlənilməsi olub.

İclasda Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, t.e.d., dosent Güllü Yoloğlu, Azərbaycanda arxeoloji abidələrin toplusu bölməsinin rəhbəri, t.ü.f.d., dosent Mikayıl Mustafayev, Tarixi etnoqrafiya şöbəsinin müdiri, t.e.d., dosent İlhamə Məmmədova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurov, Arxeoloji texnologiya bölməsinin müdiri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov, Çöl tədqiqatları bölməsinin müdiri, t.ü.f.d., dosent Təvəkkül Əliyev, Etnoarxeologiya şöbəsinin müdiri, t.e.d., professor Nəcəf Müseyibli, Elmi fond və ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d., Fərhad Quliyev, Antropologiya mərkəzinin rəhbəri t.e.d., professor Əliağa Məmmədli, Arxeologiyada informasiya və texnologiyaların tətbiqi şöbəsinin müdiri Fuad Hüseynov, Albanşünaslıq elmi mərkəzinin rəhbəri t.e.d., professor Qafar Cəbiyev, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, t.ü.f.d., dosent Bəhlul İbrahimli,  Müasir etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Emil Kərimov və şöbənin əməkdaşı t.ü.f.d., dosent Pirağa İsmayılzadə 2022-ci il ərzində görülən işlər haqqında geniş məlumat veriblər.

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: