Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunda elmi seminar keçirilib
01.12.2022 17:04
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda elmi seminar keçirilib

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Təhsil şöbəsinin və Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə distant elmi seminar keçirilib.

Zoom platforması üzərindən təşkil olunan seminarı giriş sözü ilə açan institutun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, a.ü.f.d., dosent Həmayil Adıgözəlzadə magistrantların elmi seminarlarının keçirilməsinin önəmini vurğulayıb.

Sonra institutun II kurs magistrantı Aytac Orucova “Virus xəstəliklərində ferritin səviyyəsinin oksidləşdirici proseslərlə əlaqəsi” mövzusunda məruzəsini təqdim edib. Gənc alim məruzəsində virus xəstəliklərində iltihab markerləri, dəmirin orqanizimdə rolu, dəmir daşıyan zülallar, oksidləşmə proseslərinin mexanizmi və ferritinin oksidləşmə ilə əlaqəsi barədə ətraflı məlumat verib, daha sonra isə mövzu ilə bağlı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: