Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.12.2022 10:56
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin əməkdaşı beynəlxalq konfransda iştirak edib

Gəncə Bölməsinin əməkdaşı beynəlxalq konfransda iştirak edib

Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB ölkələrindən olan gənc kimyaçı alimlərin forumu keçirilib.

“Gənc kimyaçılar məktəbi”nə  kimya sahəsində çalışan Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan, Tacikistan və Özbəkistandan olan 40 nəfədən çox tədqiatçı qatılıb. Tədbir Tacikistan Milli Elmlər Akademiyası və MBD ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə baş tutub.

“MDB üzvü olan ölkələrin gənc kimyaçılar məktəbi” adlı sözügedən beynəlxalq konfransda AMEA-nın Gəncə Bölməsinin Elmi-təşkilati şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova da iştirak edib. O, öz çıxışında Azərbaycanın qədim şəhəri və Nizami yurdu Gəncədən  salamlayaraq gənc alimlərin bu forumunun onların gələcək tədqiqatları üçün faydalı olacağına inandığını qeyd edib. Gənc alim, həmçinin konfransın Təbii mənbələrdən bioaktiv komponentlər mövzusunda aparılan III bölməsinə sədrlik edib. 

Konfrans çərçivəsində MDB məkanında fəaliyyət göstərən kimya üzrə aparıcı mütəxəssislərin mühazirələri, dəyirmi masaları və stend sessiyaları baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: