Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dilçilik İnstitutunda “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” çap olunub
02.12.2022 14:58
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” çap olunub.

Lüğətin elmi məsləhətçisi professor Nadir Məmmədli, elmi redaktor və “Ön söz”ün müəllifi professor İsmayıl Məmmədlidir. Lüğətin rəyçiləri professorlar Məsud Mahmudov, Sayalı Sadıqova, məsul redaktor dosent Xədicə Heydərovadır.

Cəfər Cabbarlı dilinin lüğəti Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi tərəfindən hazırlanıb. Tərtibçiləri professorlar İsmayıl Məmmədli, Aydın Ələkbərli, filologiya elmləri doktoru Nəriman Əliyev, filologiya üzrə fəlsəfə doktoru Bəhruz Abdullayev və aparıcı elmi işçi Nigar Ağayevadır.

Təqdim olunan izahlı lüğət Cəfər Cabbarlının əsərlərinin dilinin lüğət tərkibini özündə əks etdirir. Burada Cəfər Cabbarlının bədii əsərlərində istifadə edilmiş bütün lüğəvi vahidlər əhatə edilib.

Lüğətdə 6889 baş söz və 1100 ifadə əks olunub. Lüğət elm və sənət adamları, dilçi və ədəbiyyatşünaslarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Lüğətə daxil olan sözlərin hər birinin C.Cabbarlının dilində kəsb etdiyi mənalar doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: