Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sahib ibn Əbbad və onun “Əl-iqna fil arud və taxricil qavafi” əsəri” adlı monoqrafiya işıq üzü görüb
04.12.2022 12:35
  • A-
  • A
  • A+

“Sahib ibn Əbbad və onun “Əl-iqna fil arud və taxricil qavafi” əsəri” adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Xatın Cəfərlinin müəllifi olduğu “Sahib ibn Əbbad və onun “Əl-iqna fil arud və taxricil qavafi” əsəri” adlı monoqrafiya işıq üzü görüb.

Monoqrafiyada X əsrin görkəmli ictimai-siyasi xadimi, alimi, ədibi, şairi Sahib ibn Əbbadın 1960-cı ildə Bağdadda görkəmli ərəb alimi Məhəmməd Həsən Al-e Yasin tərəfindən “əl-İqna fil əruz və təxricil qavafi” adı ilə nəşr olunmuş əsəri elmi tədqiqata cəlb olunur. Orta əsrlərdən ədəbiyyatşünasların diqqət mərkəzində olan bu əsər “əl-İqna fil əruz və təxricil qavafi” klassik Şərq poetikasının mühüm mənbəyi, ərəb əruz və qafiyə elminin nəzəri əsasları haqqında olduqca qiymətli tədqiqat işidir. Monoqrafiyada “əl-İqna fil əruz və təxricil qavafi” Şərq filoloji-elmi-nəzəri fikrinin digər görkəmli nümayəndələrinin məşhur əsərləri ilə müqayisədə öyrənilir.

Yeni nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi fil.e.d., professor Kamandar Şərifov, rəyçiləri fil.e.d., professor Mahirə Quliyeva və fil.ü.f.d., dosent Nəzakət Məmmədlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: