Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.12.2022 12:18
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Özbəkistanın Daşkənd şəhərində WCIS-2022 (World Conference on Intelligent Systems for Industrial Automation) 12-ci beynəlxalq konfransı keçirilib.

Hibrid formatda təşkil olunan konfransda institutun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri Qalib Əfəndiyev və doktorantı Ramin İsayev ilə birgə həmmüəllifi olduğu “Assessment of Severity Degree of Lost Circulation During Well Drilling based on Integrated Geological and Technological Information using Fuzzy Cluster Analysis” (Qeyri-səlis klaster analizindən istifadə etməklə kompleks geoloji və texnoloji informasiya əsasında quyuların qazılması zamanı məhlul dövranının itkisinin ciddilik dərəcəsinin qiymətləndirilməsi) məruzəsini təqdim ediblər.

Konfransın proqramına qeyri-səlis məntiq, intellektual sistemlərin tətbiqi, qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsinə aid məruzələr dinlənilib. Türkiyə, ABŞ, Kanada, Rusiya, Özbəkistan və digər ölkələrdən olan iştirakçılar konfransda iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: