Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2022 08:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində iki elmi-tədqiqat institutu hesabat verib

Naxçıvan Bölməsində iki elmi-tədqiqat institutu hesabat verib

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarında 2022-ci il ərzində həyata keçirilən elmi və elmi-təşkilati işlərlə bağlı hesabat iclası olub.

Yığıncağı açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hər iki institutun fəaliyyətinə nəzər salıb, builki ümumi göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin cari il üzrə hesabatını təqdim edib. Bildirilib ki, 2022-ci ildə Tаriх, Еtnоqrаfiyа və Аrхеоlоgiyа İnstitutunda 1 istiqamət, 1 problem, 1 mövzunu əhatə edən 8 iş üzrə 14 mərhələdə elmi-tədqiqat işləri aparılıb, 1 mühüm nəticə əldə olunub. Hеsаbаt dövründə Аzərbаycаnın ayrılmaz tərkib hissəsi оlan Nахçıvаn bölgəsinin tаriхinin müхtəlif prоblеmləri araşdırılıb, Nахçıvаnın аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir tədqiqаtlаr аpаrılıb.

Nəticə etibarilə, 2022-ci ildə əməkdаşlаrın 3 monoqrafiya, 12 kitab, 77 elmi məqalə və 34 konfrans materialı olmaqla 126 еlmi əsəri, 52 qəzеt məqаləsi nəşr оlunub. Əsərlərdən 27-si xaricdə dərc olunub. 3-ü “Web of Science” indeksli olmaqla 4 elmi məqalə impakt faktorlu jurnalda çap edilib, əsərlərə 621 istinad qeydə alınıb.

Vurğulanıb ki, əməkdaşlar il ərzində ölkəmizdə və dünyada keçirilən konfrans və simpoziumlarda məruzələr edib, müxtəlif tədbirlərdə iştirak ediblər.

İl ərzində institut əməkdaşlarından tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.

İclasda çıxış edən sözügedən Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, institutda 2022-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən 1 istiqamət, 1 prоblem üzrə 1 mövzunu əhatə edən 7 iş üzrə 17 mərhələdə tədqiqatlar davam etdirilib.

Hesabat ili ərzində institut əməkdaşlarının 4 monoqrafiya, 5 kitab, 131 elmi məqalə, 31 konfrans materialı və 1 tezis olmaqla, 171 elmi əsəri, 149 qəzet məqaləsi nəşr olunub, 1 mühüm nəticə alınıb. Əsərlərə 181 istinad qeydə alınıb, 56 elmi əsər çapa təqdim edilib. Əsərlərdən 26-sı xaricdə, 4 məqalə impakt faktorlu jurnalda dərc olunub, bunlardan biri 1-i “Web of Science” indeklidir. İnstitutun “Axtarışlar” jurnalının il ərzində 4 nömrəsi dərc olunub.

İnstitutun əməkdaşları 2022-ci il ərzində 44 beynəlxalq, 13 respublika, 17 muxtar respublika səviyyəli elmi konfransda çıxış edib, 11 elmi dərəcəli əməkdaş muxtar respublikanın orta ümumtəhsil məktəblərində nümunəvi dərslər keçib.

Sonda Rəyasət Heyətinin üzvlərindən akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev və Tofiq Əliyev çıxış edərək hər iki hesabatı yüksək qiymətləndirib və qəbul olunmasını təklif ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: