Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2022 13:58
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun gənc alimi məruzə ilə çıxış edib

Radiasiya Problemləri İnstitutunun gənc alimi məruzə ilə çıxış edib

Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi Aybəniz Əhədova Qərbi Kaspi Universitetində tələbələr üçün təşkil olunmuş elmi seminarda məruzə ilə çıxış edib.

A.Əhədova öz məruzəsində Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Sahib Məmmədovun rəhbərliyi ilə yaradılmış xüsusi “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun fəaliyyətindən danışıb, həmçinin seminar zamanı nümayiş olunan təqdimatda tarixləndirmə metodları (Radiokarbon, Elektron Paramaqnit Rezonans metodu və Termolüminessens metodu) və tədqiqatlarda əldə edilmiş nəticələr haqqında ümumi məlumat verib.

Məruzə Qərbi Kaspi Universitetinin müəllimləri və tələbələri tərəfindən maraqla qarşılanıb və sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: