Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunda 13 yeni maddənin antioksidant aşqar kimi xassələri öyrənilib
06.12.2022 15:56
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda 13 yeni maddənin antioksidant aşqar kimi xassələri öyrənilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) alimlərinin İrkutsk Kimya İnstitutundan olan həmkarları ilə apardıqları müştərək tədqiqat zamanı mühüm elmi nəticələr əldə olunub.

Bu barədə məlumat verən AKİ-nin icraçı direktoru, k.e.d. Əfsun Sucayev bildirib ki, İrkutsk Kimya İnstitutunda akademik Boris Trofimovun rəhbərlik etdiyi tədqiqat qurupunun sintez etdiyi 13 yeni maddənin Aşqarlar Kimyası İnstitutunda antioksidant aşqar kimi xassələri öyrənilib və yanacaqlara qarşı yüksək antioksidant olduğu təsdiqlənib.

Əfsun Sucayev qeyd edib ki, əldə olunan elmi nəticə müştərək məqalə kimi “İran Kimya və Kimya Mühəndisliyi” (Iranian Journal of Chemistry and Chemical Engineering) adlı impakt faktorlu xarici jurnalda dərc edilib. Onun sözlərinə görə, hazırda müştərək tədqiqatlar davam etdirilir.

Qeyd edək ki, dünyada tanınan “Iranian Journal of Chemistry and Chemical Engineering” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir. İmpakt faktoru 1.987-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: