Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2022 16:32
  • A-
  • A
  • A+

Muzey əməkdaşı beynəlxalq konfransda çıxış edib

Muzey əməkdaşı beynəlxalq konfransda çıxış edib

Rusiya Federasiyasının Həştərxan şəhərində Rusiyada “Naməlum Əsgər Günü”nə həsr olunmuş “Gənclərin vətənpərvərlik tərbiyəsi və vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi” adlı beynəlxalq konfrans keçirilib.

Onlayn formatda keçirilən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Brest qalası müdafiəçilərinin materialları” adlı  məruzə ilə çıxış edib.  Məruzədə  azərbaycanlıların Brest qalasının müdafiəsində iştirakı ilə bağlı məsələlərə toxunulub.

Mövzu ilə bağlı verilmiş suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: