Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitab nəşr edilib
08.12.2022 09:08
  • A-
  • A
  • A+

“Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitab nəşr edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitab çap olunub.

Kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçilər  professor Leyla Vəzirova və şərqşünas Hacı Mustafa Mail oğludur. Kitabı nəşrə hazırlayan, transfoneliterasiya, tərtib, “Ön söz” və qeydlərin müəllifi institutun Terminologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlidir.     

Təqdim olunan kitabda Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadim, böyük yazıçı və alim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) dilçilik görüşlərini, lüğətçilik fəaliyyətini özündə əks etdirən əsərləri, əlyazmaları toplanıb. Əlyazmaların fotofaksimilesi kitaba əlavə olunub. Alim-yazıçının müxtəlif əsərlərindən doğma şəhəri Şuşa barədə və dil haqqında elmi-ədəbi mülahizələri, dəyərli sözləri də seçilərək ayrıca təqdim edilib.

Kitab Yusif  Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyi    “Şuşa ili”nə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: