Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2022 09:17
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov ilk növbədə iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Gündəlikdə duran əsas məsələ Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı olub.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra professor Abbas Seyidov Heydər Əliyevin Azərbaycanda elmə verdiyi töhfələrdən danışıb.

Tədbirdə tarix elmləri doktoru, professor Hidayət Cəfərovun Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr haqqında məruzəsi dinlənilib.

Mövzu ilə bağlı alimlərdən Solmaz Məhərrəmova, Vəfa Mahmudova və Qəhrəman Ağayev öz mülahizələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: