Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2022 10:01
  • A-
  • A
  • A+

Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondunun hesabatları qəbul olunub

Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondunun hesabatları qəbul olunub

Batabat Astrofizika Rəsədxanası və AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat iclası olub.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq hər iki elmi-tədqiqat müəssisəsinin cari ildəki göstəricilərini ötən ilki göstəricilərlə müqayisə edib.

Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış edərək rəsədxananın 2022-ci il üzrə fəaliyyəti barədə məlumat verib. Alim bildirib ki, hesabat dövründə elmi-tədqiqat işləri 1 elmi istiqamət, 1 problem, 2 mövzu, 2 iş üzrə 6 mərhələdə 6 əməkdaş  tərəfindən yerinə yetirilib, 1 mühüm elmi nəticə əldə edilib. Rəsədxana əməkdaşlarının hesabat dövründə 1 monoqrafiyası, 26 elmi məqaləsi, 16 konfrans materialı, 1 tezisi olmaqla, 44 əsəri  və 3 qəzet məqaləsi dərc olunub, 9 elmi məqalə çapa təqdim edilib. Məqalələrdən 3-ü impakt faktorlu, 15-i bey kodlu jurnalda çap edilib.

Hesabat dövründə Batabat Astrofizika Rəsədxanasının rəhbərlik etdiyi “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmuddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” adlı beynəlxalq qrant layihəsi başa çatdırılıb və hesabatı qəbul edilib.

İl ərzində rəsədxanada 1 konfrans, 6 elmi-praktiki seminar, 1 kitab müzakirəsi keçirilib, əməkdaşlar  3 respublika səviyyəli, 1-i xaricdə olmaqla 4 beynəlxalq səviyyəli konfransda iştirak ediblər. Elmi dərəcəsi olan 2 nəfər əməkdaş orta ümumtəhsil məktəblərində nümunəvi dərslər keçiblər.

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov fondun 2022-ci ildəki fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə 4 elmi işçi tərəfindən 1 istiqamət, 1 problem və 1 mövzu üzrə 3 iş 4 mərhələdə yerinə yetirilib. Aparılan tədqiqatların nəticəsi 1 monoqrafiya, 1 kitab, 27 məqalə, 2 konfrans materialı, 1 tezis, ümumilikdə 32 elmi əsərdə əksini tapıb. Dərc olunan məqalələrdən 2-si impakt faktorlu olmaqla 20-si beynəlxalq kodludur.

Fond əməkdaşları bölmədaxili və muxtar respublika səviyyəsində keçirilən bir sıra tədbirlərin iştirakçısı olub, radio və televiziya verilişlərində çıxışlar edib, müxtəlif qəzetlərdə aktual mövzulara həsr olunan 5 məqalə dərc etdirib. Bir nəfər AMEA-nın Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

Hesabat dövründə fondun 5 iclası keçirilib, Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş tələbələrinə elmi-metodiki məsləhətlər verilib, nümunəvi dərslər tədris olunub.

Sonda AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin üzvü, akademik Tariyel Talıbov çıxış edərək hər iki elmi-tədqiqat müəssisəsində il ərzində yerinə yetirilən işləri təqdir edib, hesabatların qəbul olunmasını təklif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: