Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.12.2022 13:56
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun doktorantı beynəlxalq konqresdə iştirak edib

Coğrafiya İnstitutunun doktorantı beynəlxalq konqresdə iştirak edib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “İnsan coğrafiyası” ixtisası üzrə doktorantı Aynur Quluyeva 4-5 dekabr tarixində Xorvatiyanın Riyeka Universitetinin Sosial Elmlər Fakültəsinin keçirdiyi 8-ci Beynəlxalq Avropa Sosial Elmlər Konqresinin iştirakçısı olub.

Onlayn formatda tədbirə qoşulan A.Quluyeva “Qarabağın nəqliyyat əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Elmi tədbir iştirakçıları A.Quluyevanın Qarabağın vaxtilə işğal altında olan ərazilərində ermənilərin törətdikləri dağıntılar, yolların və nəqliyyat qovşaqlarının məhv edilməsi, Qarabağ ərazisinin nəqliyyat əhəmiyyəti, müxtəlif nəqliyyat növlərinin inkişaf perspektivləri və gələcəkdə nəzərdə tutulan layihələr haqqında təqdimatını dinləyiblər. Məruzəçi çıxışında, həmçinin Zəngəzur dəhlizinin yerli, regional və beynəlxalq səviyyələrdə əhəmiyyəti barədə danışıb, ona ünvanlanan  sualları cavablandırıb.

Sonda konqres iştirakçılarına sertifikat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: