Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2022 15:30
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı müzakirə edilib

Geologiya və Geofizika İnstitutunda “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı müzakirə edilib

AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı müzakirə edilib.

Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadənin sədrliyi ilə baş tutan tədbirdə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı müzakirələr olub.

İclasda çıxış edən akademik Akif Əlizadə bildirib: “Azərbaycanın dahi oğlu Heydər Əliyev xalqın yaddaşında həmişə yaşayacaq. Hər keçən gün Ulu Öndərin dahiliyinin, öz xalqına bağlılığının bir daha şahidi oluruq. Onun hələ sovet dönəmində ölkəyə rəhbərlik etdiyi gündən Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi. Biz indi anlayırıq ki, dahi insanın hər addımı Azərbaycan xalqının parlaq gələcəyinə hesablanıb. Onun irsi xəzinədir, tükənməzdir, əbədiyaşardır. Biz alimlərin, ümumiyyətlə, institut kollektivinin  mənəvi borcudur ki, bu neməti daim xatırlasın, qiymətləndirsin. Bizim nəsil Heydər Əliyevin həm Azərbaycanda, həm də Sovet dövlətinin ali hakimiyyət orqanlarında fəaliyyətinin canlı şahidi olmuşuq. İndi bizim borcumuzdur ki, Ümummilli Liderin həyat və fəaliyyətini gənclərə aşılamaq üçün əlimizdən gələni edək. Bu gün müşavirə iştirakçılarına təqdim olunmuş tədbirlər planından  bir məqsədimiz də gənc alimlərin elmi biliklərini dərinləşdirməklə yanaşı, onları müstəqil Azərbaycanın memarının fəaliyyəti ilə yaxından tanış etməkdir”.

Tədbirlər Planında Geologiya və Geofizika İnstitutunun Elmi şurasının Ulu Öndərin yubileyinə həsr edilmiş təntənəli iclası, geoloq və geofizik tələbələr üçün “Geologiyada və geofizikada fənlərarası tədqiqatlar - elmin gələcəyidir” mövzusunda ümumrespublika olimpiadasının təşkili, Geologiya və Geofizika İnstitutu ilə Xəzər Universitetinin Elmi şuralarının yubileyə həsr edilmiş səyyar iclasının Regional Elmi Mərkəzlərdə (Gəncə, Lənkəran) keçirilməsi kimi 10 bənddən ibarət tədbir ehtiva edilir.

Sonda iclas iştirakçılarının çıxışlarında irəli sürülən təkliflər nəzərə alınmaqla “Təkliflər planı” təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: