Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığına görə Azərbaycan Mətbuat Şurasının diplomu ilə mükafatlandırılıb.
İyulun 15-də AMEA-nın Əsas binasında “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda keçirilən elmi-praktik konfransda Mətbuat Şurasının diplomu idarənin rəisi Zülfüqar Fərzəliyevə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir