Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib
08.12.2022 15:38
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Toplantını giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurucusu olmasından, sovet dövründə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın vəziyyəti və hüquqları məsələsinə dair fəaliyyətindən bəhs edib.

İnstitutun icraçı direktoru, s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, t.ü.f.d., dosent Elnur Kəlbizadə, Günel Musayeva, Ümummilli Liderin milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının aparıcı amilə çevrilməsi istiqamətində gördüyü işlərdən, Qafqaz siyasətindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: