Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2022 22:40
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu 2022-ci ildəki fəaliyyətinə dair hesabat verib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu 2022-ci ildəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclasında müəssisənin illik fəaliyyəti barədə hesabat dinlənilib.

İclasda AMEA-nın müxbir üzvü Şahbaz Muradov və AMEA-nın Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov da iştirak edib.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə əlaqədar institutun 2022-ci ildə yerinə yetirdiyi işlər haqqında geniş məlumat verib. O qeyd edib ki, hesabat ilində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu öz fəaliyyətini “Azərbaycanda arxeoloji, etnoqrafik və antropoloji tədqiqatlar” istiqamətində 6 problem və 24 mövzu üzrə davam etdirib.

Hesabat üzrə müzakirələrdə t.e.d. professor Hidayət Cəfərov, t.e.d. Əsədulla Cəfərov və digərləri çıxış ediblər.

AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxışında hesabat dövründə institut əməkdaşlarının elmi-təşkilati və elmi tədqiqat işləri haqqında öz müsbət fikirlərini söyləyərək, məmnunluğunu vurğulayıb. Professor qeyd edib ki, dinlənilən hesabat yüksək səviyyədə təqdim olunub.

Ümumi müzakirədən sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun 2022-ci ildə yerinə yetirdiyi elmi tədqiqat və elmi-təşkilati işlərin hesabatı əsas kimi yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: