Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İzahlı yeni terminlər lüğət”nin üçüncü cildi çapdan çıxıb
09.12.2022 16:50
  • A-
  • A
  • A+

“İzahlı yeni terminlər lüğət”nin üçüncü cildi çapdan çıxıb

Azərbaycan Respublikası Nazirlər  Kabineti yanında Terminologiya Komissiyasının və AMEA-nın Nəsimi adına  Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə “İzahlı yeni terminlər lüğət”nin üçüncü cildi  nəşr olunub.

Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu və professor Mahirə Nağıyeva, rəyçilər professor Qəzənfər Kazımov və professor Mirvari İsmayılovadır. Lüğətin tərtibçisi filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.

Lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2000 yeni termin toplanıb. Hər bir terminin etimologiyası və geniş izahı verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: