Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2022 17:32
  • A-
  • A
  • A+

Folklor İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Folklor İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Muxtar İmanov açıb. Akademik bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyi tarixində xüsusi xidmətləri olan nadir şəxsiyyətlərdən biridir. Məhz Ulu Öndərin respublikada hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən Azərbaycanın təhlükəsizliyi, torpaqlarımızın bütövlüyü uğrunda mühüm addımlar atılmağa başlanılıb. Sovet dörünün məhdud imkanları daxilində Heydər Əliyevin təşəbbüsü, inadı, səyi və uzaqgörənliyi hesabına Azərbaycanda xüsusi hərbi məktəb açılıb, Azərbaycan dili dövlət dili statusu qazanıb. Alim bildirib ki, dövlətin taleyüklü məsələlərinin həlli Heydər Əliyevin hələ sovet dövründə mədəniyyət, incəsənət, iqtisadiyyat, elm və təhsil sahəsində yürütdüyü siyasətin tərkib hissəsini təşkil edib.

Akademik nəzərə çatdırıb ki, Folklor İnstitutu da Heydər Əliyevin adıyla birbaşa bağlıdır. Belə ki, 1994-cü ildə yaradılmış Folklor Elmi-Mədəni Mərkəzi 2003-cü ildə H.Əliyevin prezidentliyi dövründə, onun tövsiyəsi ilə institut statusu alıb.

Sonra institutun Folklor studiyasının Ümummilli Liderlə bağlı hazırladığı videoçarx nümayiş olunub. Daha sonra institutun elmi işçisi Mahir Cavadlı çıxış edərək Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu kimi fəaliyyətindən bəhs edib.

Tədbirdə f.ü.f.d., dosent İlhamə Qəsəbova Heydər Əliyevi Azərbaycan xalqının milli mədəniyyətinə və elminə xüsusi önəm verən böyük bir şəxsiyyət kimi dəyərləndirib. F.ü.f.d., dosent Şakir Albalıyev isə çıxışında Ulu Öndərin Azərbaycan sevgisindən, onun bir azərbaycanlı kimi mental dəyərlərimizə bağlılığından söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: