Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2022 12:36
  • A-
  • A
  • A+

AMEA-nın Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclası keçirilib

Dekabrın 9-da AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri AHİ-nin sədri, professor Habil Qurbanov açaraq iclasın gündəliyi barədə məlumat verib.

Habil Qurbanov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatıraladıb.

AHİ sədri qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Professor Habil Qurbanov qeyd edib ki, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir: “Təkcə onu deyə bilərik ki, 44 günlük haqq savaşımızda Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycanı daima müstəqil, torpaqlarımızı bütöv şəkildə görmək Ulu Öndərin ən böyük arzularından biri olub”.

O, ölkə Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə ilk təşkilatlar və AHİ-də tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Habil Qurbanov anım tədbirlərinin keçirilməsinin növbəti il üzrə illik iş planında yer alacağını vurğulayıb.  

Sədr Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə çoxsaylı məqalələrin müəllifi olduğunu da xatırladıb.

Tədbirdə, həmçinin AMEA-nın Rəyasət Heyətinin 8 dekabr 2022-ci il tarixli iclasında “AMEA-nın Rəyasət Heyəti ilə AMEA Azad Həmkarlar İttifaqı arasında 2022-2024-cü illər üçün Kollektiv saziş”in bağlanıldığı da bildirilib.

Daha sonra AHİ-nin ilk təşkilatı olan Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatının sədri Hamlet Sadıqov 60 illik yubileyi münasibətilə Azad Həmkarlar İttifaqının Fəxri fərmanı və pul mükafatı ilə təltif edilib. Bundan başqa, İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa doğum günü münasibətilə təbrik edilib.

Sonda qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ilk təşkilatlarda tədbirlərin keçirilməsi, eləcə də bir sıra təşkilati məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: