Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər iqlim kataklizmlərinin sirrini öyrəniblər
10.12.2022 13:15
  • A-
  • A
  • A+

Alimlər iqlim kataklizmlərinin sirrini öyrəniblər

Planetimizin tarixində dəfələrlə ciddi iqlim kataklizmləri baş verib. Massaçusets Texnologiya İnstitutunun (MIT) əməkdaşları Yer kürəsinin bütün bu hadisələrdən sonra necə salamat qalmasını aydınlaşdırıblar. Məlum olub ki, bizim planetdə “əks əlaqəni sabitləşdirən” bir mexanizmi var. Bu mexanizm yüz min illər ərzində ekstremal iqlim dəyişmələrini tarazlaşdırır və bütün dünyada temperaturu həyat üçün münasib normaya qaytarır.

MIT əməkdaşları son 66 milyon il ərzində orta qlobal temperatur haqqında paleoiqlim məlumatlarını təhlil ediblər. Həmin məlumatların riyazi analizi nəticəsində maraqlı bir qanunauyğunluq aşkar edilib: Yer kürəsinin temperatur dəyişmələri yüz min illər ərzində tarazlaşır.

Ekspertlər daha əvvəl müşahidə ediblər ki, Yer kürəsinin karbon tsiklində iqlimi sabitləşdirə biləcək bir naməlum effekt var. İndi alimlər həmin effektin təbiətini aşkar ediblər. Tədqiqatın gedişində qədim dağ süxurlarının kimyəvi analizi göstərib ki, hətta ciddi temperatur dəyişmələri zamanı da planetimizin ətraf mühitində karbonun miqdarı kifayət qədər sabit qalır.

AzərTac

  • Paylaş: