AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və YAP institut üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyimizin tarixi fəlsəfəsi” silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və əbədiyaşarlıq fəlsəfəsinə yeni reallıqlardan baxış” mövzusunda anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım günündə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, Ulu Öndərin Azərbaycan tarixində parlaq səhifə açan nadir şəxsiyyət olduğunu qeyd edib.
Sonra f.e.d. Rəfiqə Əzimova, f.e.d., professor Adil Əsədov, f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Əyyub Kərimov, f.ü.f.d. Hüseyn İbrahimov, Xanımağa İsmayılova, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli və digər çıxışçılar mövzu ilə bağlı ərtaflı və əhatəli çıxış edərək düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.