Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.12.2022 09:14
  • A-
  • A
  • A+

Nizami Muzeyinin magistrantları Mir Teymur Məmmədovun ev-sərgisini ziyarət ediblər

Nizami Muzeyinin magistrantları Mir Teymur Məmmədovun ev-sərgisini ziyarət ediblər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2022-2023 tədris ili üçün qəbul edilmiş magistr tələbələrinin məşğələlərinin daha praktik keçməsi məqsədilə ixtisaslarına uyğun olaraq müxtəlif məkanlara ziyarətlərini təşkil edir. Növbəti belə ziyarətlərdən birini “Təsviri sənətin tarixi və metodologiyası”, “Azərbaycan incəsənəti tarixi və metodologiyası” fənlərini tədris edən Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirib.

Bu məşğələ çərçivəsində tələbələr keramika ustası və rəngkar Mir Teymur Məmmədovun ev-sərgisini ziyarət ediblər. Ziyarət zamanı magistrantlar Mir Teymur Məmmədovun şəxsi evində qurduğu sərgi və emalatxanası ilə tanış olub, saxsı qabların hazırlanması, şirə və sobadan istifadə qaydaları ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Tələbələrin 100 ilə yaxın yaşı olan üç mərtəbəli evin fasadında olan cazibəli keramik damğa və naxışlar, 98 gildən istifadə edilməklə düzəldilən əsərlər, hər biri 20 laydan ibarət olan qrafik işlər haqqında sualları Elçin Axundov və Mir Teymur Məmədov tərəfindən ətraflı cavablandırılıb.

Sərgidəki Qocalıq, SNQ, Dialoq, Yalan, Xocalı, Azərbaycan xalçaları kompozisiyaları, bədii çayniklər - artiapotlar tələbələrin xüsusi marağına səbəb olub. Tələbələrə Mir Teymur Məmmədovun kurasiyası altında fəaliyyət göstərən Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi haqqında da məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: