Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində Son Tunc və Erkən Dəmir dövrünə aid eksponat Bast heykəlciyi qorunur
05.01.2023 09:20
  • A-
  • A
  • A+

Tarix Muzeyində Son Tunc və Erkən Dəmir dövrünə aid eksponat Bast heykəlciyi qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan, Son Tunc və Erkən Dəmir dövrünə aid pişikbaşlı, qadınbədənli Bast ilahəsi sol əlində egida – ilahənin vəhşi aspektinin təcəssümü olan şirbaşlı simvol ilə təsvir olunub.

Tuncdan tökülmüş antropomorf fiqurlu kiçik heykəlciyin bir qədər irəli uzadılmış sağ əli hazırkı vəziyyətdə boş olsa da, barmaqlarının vəziyyəti və aradakı dəlik ilahənin əlində ənənəvi olaraq, yəqin ki, sonradan qırılıb itmiş sistr - şax-şaxlı zərb musiqi alətinin olduğunu təsdiq edir. Dördkünc altlıq üzərində yerləşdirilmiş bu heykəlcik Azərbaycan ərazisində hələlik yeganə tapıntı olsa da, onun oxşar nümunələri dünyanın bir çox muzeylərində, o cümlədən Rusiyada Dövlət Ermitajında qorunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: