Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Türkiyəli alimlər 4 xərçəng növü ilə mübarizə aparacaq 2 fərqli birləşmə müəyyən edərək patentləşdiriblər
12.01.2023 09:16
  • A-
  • A
  • A+

Türkiyəli alimlər 4 xərçəng növü ilə mübarizə aparacaq 2 fərqli birləşmə müəyyən edərək patentləşdiriblər

Trabzon Qaradəniz Texniki Universitetinin (KTU) alimləri “ftalosiyanin” törəməsi molekullarını sintez edərək, 4 xərçəng növündə bədxassəli hüceyrələri məhv edən iki yeni birləşmə aşkar ediblər.

Sağlam hüceyrələrə zərər vermədiyi təsbit edilən bu birləşmələrin xərçəng dərmanlarında istifadəsi hədəflənir.

Bildirilir ki, xərçəng üçün alternativ dərmanlar üzərində araşdırma aparan KTU alimləri, tərkibində silikon metal olan və xərçəng əleyhinə xüsusiyyətlərə malik olan “ftalosiyanin” törəməsi molekullarını sintez ediblər.

Universitetin Kimya fakültəsinin professoru Zekeriya Bıyıklıoğlu və doktorantı Hüseyn Baş, dosentlər Burak Barut və Arzu Özəl, eləcə də Rəcəb Tayyib Ərdoğan Universitetinin elmi işçisi Turqut Keleşin apardığı tədqiqatlar zamanı ağciyər, qaraciyər, dəri və döş xərçəngində bədxassəli hüceyrələri məhv edən 2 fərqli yeni birləşmə müəyyən edilib. Laboratoriya testlərində birləşmələrin ağciyər, qaraciyər, dəri və döş xərçəngində xərçəng hüceyrələrinin yayılmasını dayandırdığı, sağlam hüceyrələrə isə zərər vermədiyi aşkarlanıb.

Professor Zekeriya Bıyıklıoğlu yeni birləşmənin xərçəng hüceyrələrini öldürmə sürətinin mövcud dərmanlardan daha təsirli olduğunu bildirib. O, Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət etdiklərini və milli patent aldıqlarını qeyd edib: “İndi isə Avropada hər iki birləşməmizi qorumaq məqsədilə beynəlxalq patent üçün müraciət etmişik. Birləşmələrimizin ən əhəmiyyətli xüsusiyyətləri suda həll olmalarıdır. Tapdığımız molekullar dərmana çevrilə bilsə, suda həll olunaraq birbaşa bədənə vurula bilər”.

aztibb.az

  • Paylaş: