Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Professor Naib Şirinovun 100 illiyinə həsr olunmuş konfrans keçiriləcək
17.01.2023 10:50
  • A-
  • A
  • A+

Professor Naib Şirinovun 100 illiyinə həsr olunmuş konfrans keçiriləcək

25 yanvar saat 11:00-da akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Dövlət mükafatı laureatı, coğrafiya elmləri doktoru, professor Naib Şirinovun 100 illik yubileyinə həsr olunmuş “İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Konfransda müasir geomorfologiya, paleocoğrafiya, landşaft planlaşdırılması və relyef, regionların davamlı inkişafı və sosial problemlər, Azərbaycanın təbii ehtiyat potensialından istifadə, regionların turizm və rekreasiya imkanları, torpaq, iqlim və su ehtiyatları, təbii komplekslərin ekoloji problemləri, insan və relyef amili və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: H.Cavid pr.115 (AMEA-nın Əsas binası, 8-ci mərtəbə, Coğrafiya İnstitutunun akt zalı)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: