Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutunun alimlərinin müştərək beynəlxalq tədqiqatlarının nəticəsi nüfuzlu jurnalda dərc olunub
19.01.2023 16:54
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun alimlərinin müştərək beynəlxalq tədqiqatlarının nəticəsi nüfuzlu jurnalda dərc olunub

Aşqarlar Kimyası İnstitutunun doktorantı Zübeyda İsrafilova, onun elmi rəhbərləri akademik Vaqif Fərzəliyev və kimya elmləri doktoru Əfsun Sucayevin Türkiyənin Atatürk və Bartin Universitetinin aparıcı alimləri ilə birgə apardığı müştərək beynəlxalq tədqiqatlar zamanı əldə olunan mühüm nəticələr “Bəzi tiosianat tərkibli heterotsiklik birləşmələr: sintezi, bioaktivlik və molekulyar dokinq tədqiqi” adlı məqalə şəklində “Web of Science” bazasında Q3 kateqoriyalı jurnallar siyahısında yer alan  “ChemistrySelect” jurnalında nəşr edilib.

Tədqiqat işi bəzi tiosianat tərkibli yeni heterotsiklik birləşmələrin sintezi, quruluşunun müfəssəl tədqiqi, reaksiyaların funksional sıxlıq nəzəriyyəsi əsasında kompüter hesablaması və alınan birləşmələrin hCA I və hCA II, AChE və α-Gly fermentlərinə qarşı bioloji fəallığı öyrənilməsinə həsr olunub. Molekulyar dokinq ilə yeni molekulların fermentlərlə bağlanma modelinin incələnməsi göstərib ki, bu madələr yüksək biokimyəvi aktivliyə malikdir. Xüsusi olaraq retinal kapilyarları genişləndirmək və kapilyar tıxanmanın qarşısının alınması funksiyası yerinə yetirən hCA I və hCA II fermentlərini inhibə edən həmin birləşmələr yüksək dərman maddələri potensialına malikdir.

Qeyd edək ki, tədqiqat işinin bir hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat layihələri üzrə əsas qrant (EİF-ETL-2020-2(36)-16/11/4-M-11) layihəsi çərçivəsində yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: