Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2023 12:27
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açaraq qeyd edib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. 1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi xatırlanır. Qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı M.S.Qorbaçov başda olmaqla, SSRİ dövlətinin törətdiyi qanlı bir cinayətdir.   Həmin gün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı  mübarizədə böyük rol oynadı və müstəqilliyimizə təkan oldu. İndi 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər xiyabanı cəsarət, hünər, vətən sevgisi, milli şüur məktəbi olaraq and yerinə çevrilib.

Vaqif Abbasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, Qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin ailələrinin və qazilərinin qayğılarını daim diqqət mərkəzində saxlayır.

Tədbirdə institutun əməkdaşları kimya elmlər doktoru, professor Eldar Məmmədbəyli, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Nazlı Rzayeva və Əminə Alimova çıxış ediblər. Vurğulanıb ki, gənclərimiz 20 Yanvar hadisəsində şəhid olan insanların həyatından və mübarizəsindən örnək götürməlidir. Çünki məhz həmin gün müstəqil Azərbaycanın müstəqillik, suverenlik arzusunun bünövrəsinin qoyulduğu tarixdir.  Ona  görə də 20 Yanvar hadisəsi hər bir azərbaycanlı, xüsusilə gənclər üçün qəhrəmanlıq məktəbidir.

Sonda 20 Yanvar hadisəsinə həsr olunmuş film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: