Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda çay mədəniyyəti”adlı kitab işıq üzü görüb
24.01.2023 14:45
  • A-
  • A
  • A+

“Azərbaycanda çay mədəniyyəti”adlı kitab işıq üzü görüb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri t.e.d., dosent İlhamə Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti”adlı kitabı çapdan çıxıb.

Monoqrafiya Azərbaycanda çay mədəniyyətinin tarixi-etnoqrafik tədqiqinə həsr edilib. Azərbaycanda çay süfrəsinin etnoqrafiq xüsusiyyətləri, həmçinin ənənəvi içkilər və şirniyyat növləri haqqında məlumat verilir, çayın ölkəmizdə və dünyada yayılma səbəbləri, müxtəlif xalqların çay mədəniyyəti izah olunur. Azərbaycan etnoqrafiya elmində ilk dəfə olaraq Səfəvilər dövrü qəhvəxanaların, çayxanaların yaranması, funksiyası, çayxana işçiləri, müştəriləri və oradakı adət-ənənələr şərh edilir.

Tarixi mənbələr, ədəbiyyat və çöl-etnoqrafik materialları əsasında qələmə alınan əsər Azərbaycan xalqının mədəni irsinin öyrənilməsində əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: