Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Qərbi Azərbaycanla bağlı qərarları Ermənistanda ajiotaj yaratdı
24.01.2023 15:45
  • A-
  • A
  • A+

AMEA-nın Qərbi Azərbaycanla bağlı qərarları Ermənistanda ajiotaj yaratdı

Azərbaycan Milli Elmlər Akademiyasının Qərbi Azərbaycanla bağlı qərarları Ermənistanda müzakirələrə səbəb olub. 

Publika.az xəbər verir ki, Ermənistan mediası bu qərarı Azərbaycanın tarixi torpaqlara qayıdış siyasətinin ciddi olduğunun nümunəsi kimi təqdim edib. 

Ermənistanın səsi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra Qərbi Azərbaycana qayıdış strategiyasını elan edib. 

“2020-ci ilin 10 dekabrında Bakıda keçirilən Qələbə paradında İlham Əliyev İrəvanın, Sevanın (Göyçə) və Sünikin (Zəngəzur) Azərbaycanın tarixi əraziləri olduğunu bəyan etdi. Sonrakı dövrdə bu istiqamətdə addımlar atıldı. Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişləndirildi, Azərbaycan Prezidenti açıq mesajlar verdi. İndi də Qərbi Azərbaycanla bağlı məsələlər elmi müstəvidə də davam etdirilir. Rəsmi Bakı “Böyük Qayıdış” strategiyasını hazırlayır”, - sayt yazır. 

Sayt bütün bunlara görə Ermənistan hakimiyyətini ittiham edib. 

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. Bununla yanaşı, Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alınıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: