Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2023 13:49
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri   şuranın   sədri, AMEA-nın müxbir   üzvü  Namiq  Cəlilov   açaraq  gündəlikdə  duran   məsələlər  barədə  məlumat  verib.

İclasda ŞAR-ın elmə yardımçı şöbələrinin fəaliyyətləri ilə bağlı çıxışlar dinlənilib.

Çıxışların yekununda məruzəçilər öz fəaliyyət istiqamətləri üzrə şura üzvlərinin suallarını cavablandırıb. 2023-cü ildə yardımçı şöbələrin fəaliyyətinin daha səmərəli qurulması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilib.

Sonda bir sıra  cari  məsələlər - struktur dəyişikliyi və rəsədxananın gələcək elmi fəaliyyətinin təşkilində yeni prioritetlərin müəyyənləşdirilməsi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: