Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-ə daxil olan yeni nəşrlərdən ibarət sərgi hazırlanıb
25.01.2023 13:58
  • A-
  • A
  • A+

MEK-ə daxil olan yeni nəşrlərdən ibarət sərgi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yanvar ayı ərzində daxil olan yeni nəşrlərdən ibarət sərgi hazırlanıb.

Nəşrlər sırasında“44 gündə Ermənistanın müharibə cinayətləri” jurnal-bülleteni, “Türkün haqq bağıran səsi”, “Şuşa ziyalıları. Unudulmuş irs”, “Müstəqilliyə gedən yolda milli kimliyimiz”, “Ermənistan İsrail dövlətinin Cənubi Qafqaz siyasətində”, “Əlyazmaların tədqiq və təbliği sahəsində beynəlxalq əlaqələr”, “Şuşa İli”nə həsr olunmuş ”V Beynəlxalq Həmzə Nigari Simpoziumu”nun materialları, “Örnək insan: professor Həsən Abbas oğlu Sultanov”, “Mirzə Ələkbər Sabir və İslam dini”, “Dünya milli kitabxanaları” dərs vəsaiti və digərləri yer alıb. Eləcə də, “Azərbaycanca – Özbəkcə. Özbəkcə - Azərbaycanca” lüğəti, “Özbək şeir çələngi”, Azərbaycan və özbək yaradıcılığına aid seçilib tərcümə edilmiş yüzlərlə atalar sözlərinin toplusu “Atalar sözü - Maqollar” kitabı da öz əhəmiyyəti ilə seçilir.

Qafqazşünaslıq, tarix, politologiya və digər ixtisaslarda təhsil alan tələbələr, magistrantlar, həmçinin tədqiqatçılar sözügedən nəşrlərdən faydalana bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: