Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək
25.01.2023 15:14
  • A-
  • A
  • A+

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək

2-6 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 7 fevral 2022-ci il tarixli Sərəncam imzalamışdır.

Dünya miqyasında ən mötəbər tədbirlərdən olan Beynəlxalq Konqresin Azərbaycanda keçirilməsinin ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə əvəzolunmaz imkanlar yaradacağını nəzərə alaraq, Azərbaycan alimlərinin bu tədbirdə yaxından iştirakı tövsiyə olunur.

74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün linkə (https://www.iac2023.org/) daxil olaraq müvafiq məlumatları əldə etmək, müəyyən edilmiş mövzu və tələblərə uyğun tərtib edilmiş tezis və məqalələri göndərmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: