Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.01.2023 19:14
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutu ilə AzDƏMTTETİ arasında memorandum imzalanıb

Neft və Qaz İnstitutu ilə AzDƏMTTETİ arasında memorandum imzalanıb

Neft və Qaz İnstitutu ilə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun (AzDƏMTTETİ) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadə, direktor müavini Pənah Süleymanov, elmi katib Suadə Hacıyeva və Neft və Qaz İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Könül Abbasova iştirak edib.

Görüş çərçivəsində Neft və Qaz İnstitutu ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb. Memorandum Azərbaycanda neft – qaz axtarışı və kəşfiyyatı, quyuların qazılması və təmiri, yataqların rasional işlənməsi, layların neftveriminin artırılması, neftin-qazın nəqli, hazırlanması və emalı, mövcud texnologiyaların və avadanlıqların etibarlılığı, Yerin təki və ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinə mənfi təsirin azaldılması proseslərinə yönəlmiş elmi-tədqiqat işlərinin birlikdə aparılması məsələlərini əhatə edir.

Tərəflər çoxistiqamətli strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməklə, bərabərlik və qarşılıqlı fayda prinsipləri nəzərə alınmaqla birgə İşçi Qrupunun yaradılması, qarşılıqlı informasiya mübadiləsinin aparılması, müvafiq müzakirələr və məsləhətləşmələrin keçirilməsi, müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılması kimi əməkdaşlıq formatlarını həyata keçirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: