Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun gənc tədqiqatçısı beynəlxalq müsabiqənin qalibi olub
28.01.2023 11:58
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun gənc tədqiqatçısı beynəlxalq müsabiqənin qalibi olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Dəmir dövrü arxeologiyası şöbəsinin elmi işçisi Lola Hüseynova “London Arts and Humanities Partnership” və “Caucasus Throug Time Network”-un birgə təşkil etdiyi “The Image of Research Competition 2022” (foto tədqiqat müsabiqəsi 2022) beynəlxalq müsabiqəsinin qalibi olub.

Müsabiqə humanitar sahələr, arxeologiya, qədim tarix, etnoqrafiya, antropologiya, incəsənət, mədəni irs sahələrində çalışan gənclər üçün profillərini gücləndirməklə yanaşı, onlara öz tədqiqatlarını yaradıcı və effektiv şəkildə ictimaiyyətə çatdırılması imkanı yaradılması məqsədi ilə təşkil olunub.

L.Hüseynovanın “Bu, bir saxsı parçası deyil, bu, bir tarixdir” mövzusunda çıxışı 24 təqdimat arasından ictimaiyyətə təqdim olunan açıq səsvermə yolu ilə birinci yerə layiq görülüb, təşkilatçı komitə tərəfindən pulla mükafatlandırıb.

Qeyd edək ki, təqdimat “London Arts and Humanities Partnership”-in veb səhifəsində çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: